Mətbuat Şurasında İlqar Əlfioğlunun 70 illik yubileyi qeyd edilib | Icma.az
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, hazırda APA agentliyinin jurnalist məktəbində telejurnalistika kursunun təlimçisi kimi fəaliyyət göstərən İ.Əlfioğlu adını ölkəmizin müasir media tarixinə yazdırmağı bacarıb.
Bu bacarıq özündə geniş yaradıcılıq diapazonunu birləşdirməklə nümunəvi xarakter daşıyır.
525.az xəbər verir ki, R.Məcid bildirib ki, İ.Əlfioğlu 1978-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra təyinatını Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə alaraq, burada kiçik redaktor və redaktor kimi fəaliyyət göstərib.
1986-cı ildə televiziyanın Teletamaşa şöbəsinə rəhbər təyin edilib, “Ordan-burdan”, “Sən həmişə mənimləsən”, “Yaşıl əjdəha” və digər məşhur teletamaşaların redaktoru olub.
Yubilyarın müəllifi və aparıcısı olduğu “Dalğa” proqramı (1987-1991-ci illərdə), eyni zamanda “Aktual ekran” verilişi həm cəmiyyətdə populyarlıq qazanıb, həm də Azərbaycanda ilk müəllif verilişlərindən biri kimi televiziya tariximizə düşüb.
R.Məcid Azərbaycan dilinin incəliklərinə bələd olan, özünəməxsus üslubu ilə seçilən İ.Əlfioğlunun yaradıcılığında telejurnalistika ilə yanaşı, mətbu fəaliyyətin də xüsusi yer tutduğunu bildirib.
Tam oxu
Xəbəri oxu