Mətbuat Şurasının APAya 20 illik yubiley təbriki | Icma.az
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mətbuat Şurası APA Holdinqi 20 illik münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, təbrik mətnində deyilir: “İşini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan biri də APA-dır.
APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib.
Etibarlı informasiya daşıyıcısı olan APA-nın media brendinə çevrilməsi heç də asan başa gəlməyib.
Təcrübəsini və yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə çulğalaşdıran dəyərli həmkarımız Vüsalə Mahirqızı və onun komandası bugünkü səviyyəyə çatmaq üçün çox çalışıb, bir çox çətinliklərdən keçib.
Nəticə göz qabağındadır – ölkəmiz hazırkı qloballaşma dövründə informasiya amilinə həssas yanaşan APA kimi peşəkar media orqanına malikdir.
Ötən müddətin nailiyyətləri növbəti uğurlar üçün real təminat və bazadır.
Tam oxu
Xəbəri oxu