Mətbuat Şurasının Dil Komissiyasının tərkibi formalaşdırılacaq

26.11.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.

Bakıvaxtı.az Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.

O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:

"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью