Mətbuat Şurasının İCLASI APAnın 20 illiyi ilə əlaqədar Vüsalə Mahirqızına plaket təqdim ol…
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Şuradan Lent.az-a verilən xəbərə görə, iclasda dekabrın 25-də təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Əvvəlcə İdarə Heyətinin ötən iclasından bəri MŞ-nin gördüyü işlərə dair məlumat dinlənilib.
Rəşad Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətlə bağlı müvafiq tədbirlərin də reallaşdırıldığını diqqətə çatdırıb.
Toplantıda İH üzvləri – APA Groupun rəhbəri Vüsalə Mahirqızına APA-nın 20 illiyi, BDU-nin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə 70 illik yubileyi ilə əlaqədar Şuranın təbrik plaketləri təqdim olunub.
Qulu Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Prezident sərəncamı bütövlükdə ölkə jurnalistikasına verilən növbəti dəyər nümunəsi kimi dəyərləndirilib, buna görə dövlət başçısına təşəkkür edilib.
İclasda dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə də toxunulub.
Tam oxu
Xəbəri oxu