Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. (Düşüncələrim silsiləsindən) Xalqımız həqiqətən də çox istedadlı və dərin kökləri o
Sadəcə biz, bu xalqı, onun mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini, səhiyyəsini, mətbuatını və onlarca lazımlı sahələri
Bu, əlbəttə tarixlər boyu belə olub və yəqin ki, bundan sonra da belə olacaq.
Bunun ən böyük səbəbi isə daxilimizdə olan həsəd, paxıllıq, tayfabazlıq, yerlibazlıq və mən deyərdim ki, ən əsası isə cahillikdir.
Çünki təxminən yüz ildən bir qədər çoxdur ki, biz heç vaxt istəmirik ətrafımızda olan istedadlı həmvətənlərimizi təbliğ edək.
Çünki yuxarıda dediyim kimi daxilimizdə yerlibazlıq, tayfabazlıq, icma psixalogiyası dərin kök salıb.
Amma keçmişimizə baxanda, keçmiş tariximizi, ədəbiyyatımızı vərəqləyəndə elə uzağı getməyək, 150-200 il əvvələ boylananda görürük ki, bizim necə böyük ziyayılarımız, maarfipərvər insanlarımız olub ki, bütövlükdə həyatını, var-dövlətini millətin inkişafına həsr edib.
Bu milləti işıqlı yola çıxarmaq üçün hətta bütün var- yoxundan, canından belə keçiblər. Məgər biz həmin insanların davamçıları deyilikmi?