Modern.az saytına istinadən Icma.az xəbər verir.
"bp" şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı ölkə başçısı tərəfindən təltif edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Bayatlı Tamam Fərman qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Tamam Bayatlı şair Vaqif Bayatlının həyat yoldaşıdır. O, uzun illərdir "bp"nin mətbuat xidmətində çalışır.