Mətbuat xidmətləri üçün keçirilən təlimlərə xarici ekspertləri cəlb etməyi düşünürük Əhməd İsmayılov

30.04.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Medianın İnkişafı Agentliyinin ADA universiteti ilə birgə mətbuat xidmətləri üçün başladığı təlimlərə xarici ekspertləri də cəlb etmək planları var. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən təlimin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, bu cür təlimlər davamlı olacaq:

"Xarici ekspertlərlə yanaşı yerli ekspertlərimiz də təlimlərdə iştirak edəcək. Tədbirlər bundan sonrakı dövrdə də silsilə xarakterli olaraq həyata keçiriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью