Mətbuatımız milli ideyaların gerçəkləşməsinə mühüm töhfələr verir Millət vəkili yazır | Ic…
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan mətbuatı 150 illik tarixi ərzində şərəfli bir inkişaf yolu keçmiş, milli maraqları qoruyan əsas vasitələrdən birinə çevrilmişdir.
Bu gün milli mətbuatımız yalnız ölkədaxili informasiya təminatçısı olmaqla kifayətlənməyib, həm də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran güclü informasiya platformasına çevrilmişdir.
Hər il 22 iyul tarixində ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur.
Bu əlamətdar gün Azərbaycan mətbuatının ilk nümunəsi olan “Əkinçi” qəzetinin 1875-ci ilin məhz bu tarixində işıq üzü görməsi ilə bağlıdır.
Görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti milli şüurun oyanışı, xalqın maariflənməsi və ictimai-siyasi düşüncənin formalaşmasında mühüm rol oynamışdır.
“Əkinçi”dən sonra milli mətbuat dalğası genişlənmiş, “Ziya,” “Kəşkül,” “Həyat,” “Molla Nəsrəddin” kimi qəzet və jurnallar milli oyanışa, ədəbi dilin formalaşmasına, azərbaycançılıq ideologiyasının yayılmasına misilsiz töhfələr vermişdir.
Sovet dövründə ideoloji nəzarətə baxmayaraq, ədəbiyyat və jurnalistika xalqın milli kimliyini qoruyub saxlamışdır.
Tam oxu
Xəbəri oxu