Mətbuatla incəsənətin vəhdəti | Icma.az
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. “Mən 10 il əvvəl ilk dəfə Bakıya gəlmişəm.
Paytaxtınız çox gözəlləşib, daha da müasirləşib. Çox şadam ki, Azərbaycan mətbuatının 150 illiyinə həsr olunan bu simpoziuma dəvət olunmuşam
Təqdim etdiyim əsərlər “Söz. Çap. Forma – birləşən dünyalar” devizinə tam uyğundur.
Burada Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin təsvirini yaratmaq barədə qənaətim də gücləndi.
Axı, 150 il əvvəl məhz Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü görüb” – Bu fikirləri “MətbuArt” beynəlxalq incəsənət simpoziumunda iştirak etmək üçün Bakıda qonaq olan Qahirə Universitetinin professoru, rəssam Məhəmməd Abouelnaqa deyib.
Simpozium çərçivəsində tanınmış rəssam və sənət tədqiqatçısı ilə yaddaqalan görüş olub.
Ənənəvi materialları və vizual dili müasir bədii ifadə ilə birləşdirən M.Abouelnaqa çap texnologiyalarının simvolik dəyəri, yaddaş və özünüdərk anlayışına təsiri barədə fikir və təcrübələrini bölüşüb.
“Mən vizual üslubda çalışan rəssamam. Burada nümayiş etdirdiyim əsər alüminiumdan hazırlanmış peyk formalı qablardır.
Tam oxu
Xəbəri oxu