Meteor yağışı müşahidə olunacaq BU TARİXLƏRDƏ

12.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq.
Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
 

Bildirilib ki, Orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq.


2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir.
Orionidlər Azərbaycandan müşahidə edilə bilər. Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir. Şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq müşahidə yerinin seçilməsi xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью