Meteor yağışını Bakıda da görmək mümkün olacaq

04.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Gələn həftədən etibarən avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək. Dominos pizza

Radiantı (meteorların mənbəyi) Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır. Bakı şəhərindən bu radiant bütün gecə ərzində görünür. Buna görə Perseid meteorlarını gecə boyu müşahidə etmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək vəziyyətə çatır. Bakı üçün bu vaxt təxminən saat 06:00-dır.

Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью