Meteoroloqlar Rusiyada anomal soyuq hava ilə bağlı xəbərdarlıq ediblər

01.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meteoroloqlar Rusiyanın Yakutsk şəhərində və ətraflarında anomal soyuq hava ilə bağlı xəbərdarlıq ediblər.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Rayon Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsindən verilən məlumata görə, yanvarın ilk həftəsində şaxtalar səngiməyəcək.

Artıq Yakutskda termometrlər mənfi 49 dərəcəyə, bir sıra yaşayış məntəqələrində isə daha da aşağı düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью