Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) yeni vəzifəyə təyin olunub.Modern.az-ın məlumatına görə, Mətin Mirzəyə yüksək etimad göstərilib və o, bir müddət öncə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində müşavir vəzifəsində işə başlayıb.Məlumatı Mətin Mirzənin özü də təsdiqləyib.
O, bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.
Xatırladaq ki, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olmuş Mətin Mirzə KİV-lə uğurlu əlaqələr yarada bilən əməkdaş kimi yadda qalıb.
O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb.
2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib.
2011-ci ildə Vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarəsində fəaliyyətini davam etdirib.
2013-cü ilin sentyabrında yenidən səfir müşaviri kimi təyinat alıb.
Tam oxu
Xəbəri oxu