Metin Öztürkə 15 günlük cəza və böyük məbləğdə pul cəriməsi verildi

05.12.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubunun ikinci prezidenti Metin Öztürk futbolun və qurumların nüfuzuna xələl gətirən açıqlamalarına görə cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, Türkiyə Futbol Federasiyası nizam-intizam komitəsinin qərarına əsasən Metin Öztürk 15 gün müddətinə hüquqlardan məhrum edilib və ona 2 milyon Türkiyə lirəsi (108 min AZN) məbləğində pul cəriməsi kəsilib.

Qərarda funksionerin verdiyi açıqlamaların futbolun ümumi imicinə və instansiyaların nüfuzuna zərər vurduğu qeyd olunub. “Qalatasaray” rəhbərliyi isə məsələ ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью