Metro bayram günlərində bu intervalla işləyəcək

19.03.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

"Bakı metropoliteni" QSC Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Modern.az-a QSC-dən bildirilib.

Məlumata görə, bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub.

Belə ki, martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli - 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью