Metro bir saata açılacaq

21.04.2026

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

“Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”.

Sitat.info xəbər verir ki, bu barədə Bakı Metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunub. 

Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Xatırladaq ki, hazırda Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti  məhdudiyyət tətbiq edilir. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью