Metro bu gün gec bağlanacaq

08.11.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq. 

Bu barədə Lent.az-a "Bakı Metropoliteni"ndən məlumat verilib.

Qeyd olunub ki, Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью