Metro da 21:30 dək işləyəcək? Rəsmi CAVAB

21.02.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün Bakı və Abşeronda avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək. Buna səbəb kəskin hava şəraitinin davam etməsi göstərilib. 

Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almaları xahiş edilib.

Bakı metrosunun daiş qrafikində dəyişiklik edilib-edilmədiyi müzakirə edilir.

Modern.az məsələ ilə əlaqədar Bakı Metropoliteni QSC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, metronun iş saatlarında hərhansı dəyişiklik nəzərdə tutulmayıb.

Qeyd edək ki, Bakıda ötən gün başlayan qarlı hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью