Metro ilə bağlı sevindirən xəbər Təmir başa çatır!

17.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bu barədə "Yeni Sabah"a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, təxminən 280 metrlik ərazini əhatə edən layihə üç mərhələdə həyata keçirilir. Hazırda layihənin son mərhələsi üzrə genişmiqyaslı yenilənmə işləri aparılır. pizza mizza

Bu mərhələdə izolyasiya və gücləndirmə, drenaj və kommunikasiya xətlərinin çəkilişi, elektrik təchizatı, rabitə, işarəvermə və videomüşahidə sistemlərinin quraşdırılması həyata keçirilir.

Həmçinin havalandırma, yanğın təhlükəsizliyi, su və kanalizasiya infrastrukturu yenilənir.

Layihə üzrə işlərin noyabr ayının sonunda tam başa çatdırılması nəzərdə tutulur.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью