Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin

04.11.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bakı Metropoliteni” QSC-də 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq.

Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью