Metro ilə daşınan sərnişinlərin sayı açıqlandı

07.08.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İyul ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Gununsesi.info xəbər verir ki, ötən ilin iyul ayı ilə müqayisədə 10,31 % çox sərnişin daşınıb.

“Koroğlu” stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın lideri olub.

Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda metrodan 649 974 nəfər istifadə edib.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью