Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Metroda təmir işləri 11 aya bitəsi deyil. 2 ilə qurtarsalar, böyük şeydir”.
“Bakupost” xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı “Prime TV”nin yutub kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu işlər şəhərdə nəqliyyatın yükünün nisbətən az olduğu aylarda başa çatdırılmalı idi:
“Ya bu işləri 3 aya sığışdırmalısan - yəni iyun, iyul, avqust aylarına. Bakının yükü azalan vaxtı. Ya da indiki texniki imkanların buna uyğun deyilsə, xalqı yükləyə bilməzsən. Birdən il yarım oldu. Mən niyə sənin əziyyətini çəkməliyəm?”