Metro ötən ay 20 milyondan çox sərnişin daşıyıb

04.12.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu ilin noyabrında "Bakı Metropoliteni" QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,93 % çoxdur.

Ötən ilin noyabrında Bakı metrosu ilə 19 milyon 539 min 229 sərnişin daşınmışdı.

Ötən ay NFC ilə daşınmış sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. NFC bütün ödənişli keçidlərin 11 %-ni təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью