Metro Qarabağ ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

09.12.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Metropoliteni "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib. Dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq. Səfəriniz rahat, oyunumuz uğurlu olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью