Metro qatarlarının hərəkət cədvəlində dəyişiklik

29.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar sabahdan metronun Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Gununsesi.info  səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью