Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb.
"Unikal" xəbər verir ki, saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.
Qatarlardan bir dəqiqə ərzində fit verilib. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.