Metro üçün böyük dəstək: dövlət 40 milyon manat ayırır!

23.10.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

2026-cı ildə Azərbaycanın dövlət büdcəsində "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 12,3 milyon manat və yaxud 44,6 % çoxdur.

Məqsəd sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsidir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью