Metro və dəmiryolu layihələri üçün Dövlət ehtiyacı ilə torpaqlar alınacaq

18.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət əhəmiyyətli yolların, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması; dəniz və hava limanlarının və ya aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına daxil edilir. 

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью