Metro yaxınlığında partlayış olub, 10 nəfər xəsarət alıb

27.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Yaponiyanın Tokio şəhərinin Edoqava rayonunda tikinti meydançasında baş verən partlayış nəticəsində on nəfər yaralanıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında Tokio metropoliteninin Kasai stansiyası yaxınlığındakı yaşayış rayonunda baş verib.

Xəsarət alanlar arasında 20-70 yaşarası yerli sakinlər və fəhlələr var.

Yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğın təxminən 90 dəqiqə ərzində lokallaşdırılıb.

Şahidlər ardıcıl beşə yaxın partlayış səsi eşitdiklərini bildirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью