Metroda 2 saatdır hərəkət bərpa olunmur FOTO+VİDEO

21.04.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2 saat keçməsinə baxmayaraq metroda gediş-gəliş bərpa olunmayıb.
Modern.az xəbər verir ki, bu gün "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Buna səbəb saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Qeyd edək ki, metrodan istifadə tamamilə dayandırıldığından avtobuslarda 1 saatdan artıqdır ki, sıxlıq müşahidə olunur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью