Metroda 7 dəqiqəlik interval, sərnişinlər stansiyada düşürüldülər

06.03.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Metropolitenin "28 May" stansiyasının tunelindəki qatarda texniki nasazlıq yaşanıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, qatar stansiyada sərnişinləri düşürərək depoya göndərilib.

Metropoliten ASC-dən veerilən məlumata görə, "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.   Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью