Metroda altıvaqonlu qatarlar nə vaxt hərəkətə başlayacaq?

23.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Metropolitenində "qırmızı xətt" üzrə hərəkət edən qatarlar altıvaqonlu olacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gələcəkdə həmin xətt üzrə altıvaqonluq qatarlar hərəkət edəcək:

"Qırmızı xətt" üzrə "Həzi Aslanov " stansiyasının dalanında dönmə kamerasının tikintisi artıq başa çatdırılıb. Bildiyimiz kimi, bundan sonra eyni xətt üzrə " İçərişəhər"stansiyasının dalanında da daha bir dönmə kamerası inşa olunacaq. O da istifadəyə veriləndən sonra "qırmızı xətt" üzrə altıvaqonluq qatarlar hərəkətə başlayacaq"./oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью