Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səməd Ç., Həmzə A. və Cahit A. Bursada Cumalıkızık metro stansiyasında gözləyən zaman naməlum şəxs onlara yaxınlaşıb.
şübhəli şəxslə üç dost arasında mübahisə düşüb.
Mübahisə davaya çevrilib və şübhəli şəxs əlindəki bıçaqla hər üç dostu da vurub qaçıb.
Əraziyə polis və tibb qrupları sövq edilib. Yaralılar xəstəxanalara aparılıb.
Digər tərəfdən polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Günel Məlikzadə