Metroda doğulan körpə və anası evə buraxıldı

14.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə ilə anası bu gün evə buraxılıb.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.

Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir.

Xatırladaq ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью