Metroda gecikmə yaranıb SƏRNİŞİNLƏR NARAZIDIR

07.05.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda Bakı Metropoliteninin "Dərnəgül – Həzi Aslanov" istiqamətində ciddi gecikmələr müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, qatarlar hər stansiyada 3-5 dəqiqəyə qədər gözləməklə hərəkət edir. Bu hal sərnişinlər arasında narahatlıq yaradıb. Bu barədə sərnişinlər redalksiyamıza məlumat verib.

Qeyd edək ki, oxşar gecikmələr son aylarda tez-tez yaşanır və bu, metrodan istifadə edən minlərlə insanın gündəlik planlarına mənfi təsir göstərir.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью