Metroda gediş haqqı 55 qəpik olacaq? RƏSMİ CAVAB

07.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Metroda gediş haqqının 55 qəpik olacağı ilə bağlı sosial mediada iddialar yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, "Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:

"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə o əlavə edib.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью