Metroda işlərə niyə avqustun 15 də başlanır? Sədr açıqladı

06.08.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu işlərə niyə avqustun 15-də başlayacağımız müzakirə olunur.

Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş media nümayəndələri və fikir liderləri ilə görüşdə bildirib.

V.Aslanov bunun səbəbini belə izah edib:

"Bu, bir layihədən ibarət deyil. Əsas mərhələdən biri də "Dərnəgül" deposunun hazır vəziyyətə gətirilməsidir. Biz bu deponu istismar vəziyyətinə gətirdiyimiz üçün işlərə avqustun 15-dən başlanacaq. Bununla bağlı hazırlıq işləri görülüb".

Qeyd edək ki, metroda xətlərin ayrılması işlərinin başlamasının məktəblərin açılmasına yaxın vaxta təsadüf etməsi müzakirələrə səbəb olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью