Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü

04.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bakı metrosunda “yaşıl xətt” – “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Metropolitendən Globalinfo.az-a verilən məlumata görə, sərnişinlər “28 May” stansiyasında qatardan düşürülüb.

Qatara texniki baxış keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью