Metroda nasazlıq yarandı: Sərnişinlər qatardan düşürülüb

04.12.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Avtosfer.az bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью