Metroda nasazlıq yarandı: Sərnişinlər qatardan düşürülüb FOTO VİDEO

04.12.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Avtosfer.az bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью