Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

04.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Metropolitendən “Report”a verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

Qatara texniki baxış keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью