Metroda nə baş verir? AÇIQLAMA

14.11.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Metronun "20 Yanvar" stansiyasında sıxlıq yaranıb.

Milli.Az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, metroya insanların tək-tək yoxlanılaraq buraxıldığı bildirilir.

Bu isə əhali arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hər şey qaydasındadır:

"Sərnişinlər turniketlərdən normal keçir, platformada xüsusi qeyd olunacaq sıxlıq yoxdur, qatarlar qrafik üzrə normal hərəkət edir".

Aysel Əkbər
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью