Metroda nə baş verir: Qatar 15 dəqiqə hərəkətsiz qalıb Açıqlama

07.05.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Sərnişinlər qatarların 4 stansiyanı 35 dəqiqəyə getdiyini, hətta bəzi stansiyalarda 15 dəqiqəyə qədər dayandığını bildiriblər.

Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Axar.az-a açıqlamasında qatarların hərəkətindən hansısa nasazlığın olmadığını bildirib.

“Bəzi stansiyalarda sıxlıq səbəbilə tənzimləmələr hərəkət və sərnişin təhlükəsizliyi nəzərə alınaraq, təmin edilir”, - o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью