Metroda nəzarət gücləndirilir Bu saatlarda DİQQƏTLİ OLUN

27.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandasına qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

"Yeni Sabah" xəbər verir ki, oyunla əlaqədar “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Həmçinin ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq, növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq. Dördpendirli pizza

“Nərimanov” və “28 May” stansiyalarında da sərnişin sıxlığının qarşısının alınması məqsədilə əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkətini davam etdirəcək.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью