Metroda nəzarət gücləndirilir XƏBƏRDARLIQ

13.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 13-də keçiriləcək futbol matçı ilə əlaqədar Bakı metrosunun Qırmızı xəttində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

"Yeni Sabah" xəbər verir ki, “Sabah” Futbol Klubunun Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqası çərçivəsində keçirəcəyi oyunla əlaqədar “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək.

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun təşkil olunacaq. Matç başa çatdıqdan sonra sərnişin sıxlığı yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. pizza mizza

Qeyd edək ki, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafikində dəyişiklik nəzərdə tutulmayıb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью