Metroda növbəti faciə: sərnişin qatar yolunda ölüb

21.04.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Bu barədə Demokrat.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Qeyd edək ki, günorta saatlarında "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb "Qara Qarayev–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq olub. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Daha əvvəl Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfərin xəstəxanaya aparıldığı, 9 sərnişinə yerində yardım edildiyi bildirilib.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью