Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçiriləcək oyunu ilə əlaqədar Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Məlumata görə, oyunla əlaqədar “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq, növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq. Toyuqlu pizza
Bundan başqa, sərnişin sıxlığının qarşısının alınması məqsədilə “Nərimanov” və “28 May” stansiyalarında da müvafiq ehtiyat tədbirləri görüləcək.