Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Metroda platformadan platformaya tullanan velosipedçi saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisə mobil telefon vasitəsilə görüntülənib.
Belə ki, metronun "Partizanskaya" stansiyasında 19 yaşlı gənc kaskadyor velosipedi ilə sürət yığaraq bir platformadan digərinə tullanarkən birbaşa relslərin üzərinə düşüb və sonra heç nə olmamış kimi oradan uzaqlaşıb. Lakin kadrlar sosial şəbəkələrdə yayımlandıqdan sonra polis tərəfindən saxlanılıb. Qaydaları kobud şəkildə pozan "sürücü"nü indi 10 sutkayadək həbs və ya velosipedi müsadirə olunmaqla 550 manatadək cərimə gözləyir.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev