Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Berlin metrosunda polislə Fələstin tərəfdarlarının da qoşulduğu “Gen Z regelt” (“Z nəsli idarə edir”) yürüşünün iştirakçıları arasında şiddətli toqquşmalardan görüntülər yayılıb.
Axar.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Berlində "Gen Z regelt" ("Z nəsli qərar verir") gənclər hərəkatının təşkilatçılığı ilə 14 noyabr axşam saatlarında Şarlottenburq (Charlottenburg) rayonunda başlayan aksiyada 20-dən çox etirazçı saxlanılıb.
Etirazçılar əsasən 30 yaşdan aşağı gənclərdən ibarət olub. Onlar məcburi hərbi xidmətin ləğvini, sosial və təhsil xərclərinin azaldılmasını, bahalaşmaya qarşı tədbirlər görülməsini və iqlimin qorunmasının gücləndirilməsini tələb ediblər.
Etirazçılar yürüşün önündəki polis səddini yarmağa cəhd edib, pirotexniki vasitələrdən (fişəng və tüstü bombaları) istifadə ediblər.
Əraziyə 700-ə yaxın polis əməkdaşı cəlb olunub. Hüquq-mühafizə orqanları dəyənəklər və fiziki güc tətbiq edərək kütləyə sərt müdaxilə edib.
Təşkilatçılar 20 noyabr tarixində ümumavropa gənclər tətili çərçivəsində daha böyük etiraz aksiyası keçirməyə hazırlaşır. Təkcə Berlində bu nümayişdə iştirak etmək üçün artıq 15 min nəfər qeydiyyatdan keçib.