Metroda problem: İnterval 10 dəqiqəni ötdü Foto | Icma.az
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Bakı metropoliteninin işində problem yaranıb.
Teleqraf.com Oxu.az-a istinadla xəbər verir ki, "Memar Əcəmi" stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.
Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur: "Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu